"Vaşinqton İsrailin müharibə cinayətlərinə şərikdir" - ABŞ müdafiə nazirinin keçmiş müavini

10:15 09.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Salt Cube Analytics” saytına danışan ABŞ müdafiə nazirinin keçmiş müavini və Səudiyyə Ərəbistanındakı səfir Ças Friman İsrailin Həmas-ın 7 oktyabr hücumlarına Qəzzada soyqırım törətməklə cavab verdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Friman "Onlar bütün fələstinliləri öldürməyə və ya deportasiya etməyə çalışırlar. Onları insanları bombalayaraq və ya ac qoyaraq öldürürlər. Beynəlxalq hüquqa görə, bu, insanlığa qarşı cinayətdir" deyib.

İsrailin bu cinayətləri "Həmas-ın arxasınca getmək" adı ilə törətdiyini ifadə edən Friman, İsrailin hücumlarından sonra Həmas-ın İordan çayının qərb sahilində "məşhurlaşdığına" diqqət çəkib.

Friman, İsrailin hücumlarından sonra ABŞ-ın dəstəyinə toxunaraq, "ABŞ bu hərbi cinayətlərdə tam ortaqdır. Biz olmasaq, İsrail bu müharibəni davam etdirə bilməz. Beynəlxalq ictimaiyyətin artan qəzəbinə qarşı İsrailə silah-sursat və siyasi müdafiə təmin edirik. Biz bu hərbi cinayətlərdə ABŞ-ın şərik olduğunu bilirik və istəsək, bu müharibəni dayandıra bilərik. Ancaq görünür, biz bunu istəmirik" deyib.

Friman bildirib ki, İsrailin Qəzzaya hücumları səbəbindən təkcə İsrail deyil, həm də ABŞ İkinci Dünya Müharibəsindən bəri qazandığı hörmət və nüfuzdan məhrum olacaq. O, ABŞ-ın İsrailə qarşı siyasətini “mənəvi cəhətdən müdafiə olunmaz və milli maraqlara dağıdıcı” kimi tənqid edib.

Oktyabrın 7-də Həmas-ın basqını zamanı həyatını itirən İsrail vətəndaşlarından bəzilərinin ölümündə İsrail qüvvələrinin məsuliyyət daşıması ilə bağlı sualı cavablandıran Friman bu məsələ ilə bağlı iddiaları təsdiqləyib.

Friman, "Bunun iki səbəbi var. Birincisi, israillilər Həmas tərəfindən girov götürüləcək İsrail əsgərlərinə təsirli cavab vermək üçün öyrədilir. İsrail qüvvələri Həmas-ın İsrail vətəndaşlarının ölümünə səbəb olan hücumuna cavab verib. Helikopterlər və tanklar binalara təsadüfi atəş açıb. Bu, hərbi baxımdan biabırçılıqdır, hərbi intizamın nüfuzuna kölgə salır və İsrail Müdafiə Qüvvələrinin təcrübəsizliyini isbatlayır" deyib.

Siyasət rubrikasından digər xəbərlər